Robert Levandovski karyerasını başa vurduqdan sonra "Barselona"da qala bilər

Hücumçu Robert Levandovski futbolçu karyerasını başa vurduqdan sonra da "Barselona"da qalmaq niyyətindədir.

“Karyeramı bitirdikdən sonra nə edəcəyimi təxmin etmək çətindir. Amma Barselona mənim dönəcəyim şəhərdir. Təbii ki, biz də Varşavaya gedəcəyik, çünki mənim ailəm və dostlarım var, amma daha çox vaxtım olanda Barselonaya qayıdacayıq, bu, karyeramdan sonra qala biləcəyimi hiss etdiyim şəhərdir”.

Robert bu mövsüm "Barselona"nın heyətində 40 oyun keçirib, bu müddət ərzində 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Cavab buraxın

e-poçt adresiniz dərc olunmayacaq. Məcburi sahələr ilə göstərilir *